"İslamafobiya və irqçiliyə qarşı lazımi tədbirlər görməyə çağırırıq" - Türkiyə Xarici İşlər Nazirliyi
18 Aprel 2022 22:49 DünyaAnkara İsveçdə sağçı ekstremistlər tərəfindən Quranın yandırılması hadisəsini qətiyyətlə pisləyir.
Olaylar.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
"İsveçdə kitabımız "Qurani-Kərimə" qarşı nalayiq hücumlar keçmişdən dərs alınmadığını, anti-islam və irqçi təxribatların qarşısının alınmasında hələ də istəksiz olduğunu, söz azadlığı bəhanəsi ilə nifrət zəminində cinayətlərə açıq şəkildə göz yumulduğunu göstərdi", - deyə qeyd olunub.
Nazirlik, həmçinin Ramazan ayı ərzində dünyanın müxtəlif bölgələrində İslama, müsəlmanlara, Qurana və ibadət yerlərinə qarşı qeydə alınan hücum və təxribatları kəskin tənqid edib:
"Bu çərçivədə bütün ölkələri və beynəlxalq təşkilatları islamafobiya və irqçiliyə qarşı lazımi tədbirlər görməyə çağırırıq. Ankara bu cür təhdidlərə qarşı ən qısa zamanda təsirli və çəkindirici tədbirlərin görülməsini, həmçinin günahkarların məsuliyyətə cəlb edilməsini gözləyir".
Xatırladaq ki, İsveçin Linköpinq şəhərində şəhərində bir neçə şəxs "Qurani-Kərim"i yandırıb.
trend