Ukraynada həlak olan mülki şəxslərin sayı iki mini ötdü - BMT

Olaylar.az bildirir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının verdiyi məlumata görə, 24 fevral-17 aprel tarixləri arasında Rusiya-Ukrayna müharibəsində ən az 2072 mülki vətəndaşın həyatını itirib, 2818 dinc sakin isə yaralanıb.

Ölən və yaralanan mülki şəxslərin sayının aşkar edilənlərdən daha çox ola biləcəyi vurğulanıb.

Bildirilib ki, mülki əhali arasında tələfatların çoxu geniş təsir spektrinə malik partlayıcı silahların istifadəsi, o cümlədən ağır artilleriya və reaktiv yaylım atəşi sistemlərinin bombardmanları və hava zərbələri nəticəsində baş verib.

Həmçinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi məlumata görə, ötən müddət ərzində Ukraynadan 4 934 415 nəfərin qonşu ölkələrə getmək məcburiyyətində qalıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31