“Quterreş Rusiya prezidenti ilə əlaqə saxlamağa çalışıb” - BMT rəsmisi

BMT-nin baş katibi Antonio Quterreş Rusiya Ukraynada hərbi əməliyyatlar başladıqdan bir neçə həftə sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışıb.

Olaylar.az bildirir ki, bunu keçirdiyi brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

O, Quterreşin bu cür cəhdlər edib-etmədiyi barədə suala lakonik cavab verib: "Bəli". Dujarrik əlavə məlumat verməyib.

azerbaycan24

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31