"Böyük sayda xarici silahlar məhv edilib" - İqor Konaşenkov

Rusiya Silahlı Qüvvələri son 6 gündə ABŞ və Avropa ölkələrindən Ukraynaya daxil olan logistika mərkəzini və orada olan böyük sayda xarici silah partiyasını məhv edib.

Olaylar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, səhər saatlarında Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli raketləri Lvov vilayətində Ukrayna Qoşunlarının Maddi-Texniki Təchizat Qüvvələrinin 124-cü Birgə Logistika Dəstək Mərkəzinə zərbələr endirib.

"Son 6 gün ərzində ABŞ və Avropa ölkələrindən Ukraynaya gətirilən logistika mərkəzi və böyük sayda xarici silahlar məhv edilib", - Konaşenkov vurğulayıb.

azerbaycan24

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31