Ukraynanı tərk edənlərin sayı 5 milyona çatdı

Ukraynada gedən müharibə səbəbilə ölkəni tərk edənlərin sayı 4.9 milyonu ötüb.

Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə ali komissarlığı məlumat yayıb.

"2,7 milyondan çox insan Polşa, 743 min ukraynalı Rumıniya, 522,4 minədək sakin Rusiya ərazisinə keçib. Bundan başqa, 461 mindən çox ukraynalı qaçqın Macarıstanda, 423,8 min nəfər Slovakiyada məskunlaşıb" - deyə məlumatda qeyd edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31