"Bu məsələdə köməyinizə görə minnətdar olardıq" - Əsir götürülən britaniyalı əsgərlər
18 Aprel 2022 20:04 DünyaRusiya tərəfindən əsir götürülən iki britaniyalı əsgər Şon Pinner və Eyden Eslin Britaniya baş naziri Boris Consona müraciət edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Sky News" xəbər verir. Rusiya televiziyasındakı çıxışlarında hərbi əsirlər Consondan Viktor Medvedçukla dəyişdirilmələrini xahiş ediblər. "Cənab Boris Conson, mənim adım Şon Pinnerdir. Bildiyimə görə, Viktor Medvedçuk həbsdədir və mən və Eyden Eslin onunla dəyişdirilmək istərdik. Bu məsələdə köməyinizə görə minnətdar olardıq. Mənə yaxşı münasibət göstərilir, yemək, su verilir. Mən öz adımdan və Eyden Eslin adından xahiş edirəm ki, Medvedçukla dəyişdirilməmizi təmin edəsiniz", - Şon Pinner deyib.
Onların hər biri ilə ayrıca çəkiliş aparılıb və "Rossiya 24" kanalında nümayiş olunub. Qeyd edək ki, Ukraynanın "Müxalifət platforması-Həyat uğrunda" partiyasının sədri Viktor Medvedçuk aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
azpost