"Quran"ın yandırılmasına REKASİYA - FOTO

İsveçdə "Quran"ın yandırılması ilə bağlı etiraz aksiyaları 3 gündür davam edir. 

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, iğtişaşlar zamanı 30-dan çox insan yaralanıb. 

Etirazçıların yolu kəsərək polisi daşladıqları bildirilir. Ümumilikdə 40-dan çox adam saxlanılıb.

Qeyd edək ki, baş verənlərə danimarkalı ekstremist, sağçı partiya "Ştram Kurs"un sədri Rasmus Paludanın "Quran"ı yandırması səbəb olub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31