"Sanksiyaların nəticələri özlərindən də yan keçmədi" - Putin
18 Aprel 2022 19:06 Dünya"Rusiya Qərbin görünməmiş sanksiyalar təzyiqinə tab gətirdi".
Olaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu bu gün iqtisadi məsələlərlə bağlı iclasda deyib.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatında vəziyyət sabitləşir, rublun məzənnəsi 2022-ci ilin əvvəlindəki səviyyələrə qayıdır: "Məqsəd ölkəmizdə maliyyə-iqtisadi vəziyyəti tez bir zamanda sarsıtmaq, bazarlarda çaxnaşma yaratmaq, bank sisteminin çökməsi, mağazalarda geniş miqyasda mal qıtlığı yaratmaq idi. Amma biz artıq əminliklə deyə bilərik ki, Rusiyaya qarşı belə bir siyasət uğursuzluğa düçar oldu. Üstəlik, sanksiyaların nəticələri təşəbbüskarların özlərindən də yan keçmədi. Mən inflyasiyanın və işsizliyin artımını, ABŞ və Avropa ölkələrində iqtisadi dinamikanın pisləşməsini, tənəzzülü, avropalıların həyat səviyyəsinin aşağı düşməsini, onların əmanətlərinin devalvasiyasını nəzərdə tuturam. Rusiya, artıq dediyim kimi, bu görünməmiş təzyiqə tab gətirdi. Birinci rübün nəticələrinə görə, tədiyə balansının cari əməliyyatlar hesabının müsbət saldosu 58 milyard dolları ötüb və bu, tarixi maksimumdur".
azpost