Ukraynada Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürülüb
19 Aprel 2022 09:37 DünyaUkrayna Silahlı Qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində Rusiyanın 49-cu zenit-raket briqadasının komandiri, polkovnik İvan Qrişini öldürülüb.
Olaylar.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiya İdarəsi feysbuk səhifəsində yayıb.
Bildirilib ki, Rusiya Quru Qoşunları Hava Hücumundan Müdafiə-taktiki birliyinin 49-cu zenit-raket briqadası Smolensk vilayətinin Qırmızı Bor qəsəbəsində daimi dislokasiya olunur. Hərbi hissənin şərti nömrəsi 21 555-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31