Rusiya qüvvələri Kreminna şəhərinə daxil olub
18 Aprel 2022 15:41 DünyaOlaylar.az xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Luqansk vilayətinin Kreminna şəhərinə daxil olduğu açıqlanıb.
Luqansk qubernatoru Sergey Qayday Facebook hesabında "Ruslar Kreminnaya girdi. Küçə döyüşləri başladı. Evakuasiya mümkün deyil"-deyə o, yazıb
Rus ordusunun çoxlu tank və zirehli texnika ilə Kreminnaya daxil olduğunu bildirən Qayday mülki əhalinin şəhərdə sıxışdırıldığını da vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31