Rusiya Müdafiə Nazirliyi hansı səbəblərdən obyektiv informasiya yayır?
18 Aprel 2022 14:21 Dünya"İlk dəfədir ki, Rusiya Müdafi Nazirliyinin rəsmi açıqlamasında Azərbaycan Respublikasının sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan ərazisində atəşkəsin ermənilər tərəfindən pozulduğu bildirilir. Atəşkəsin məhz qanunsuz erməni hərbi birləşmələri tərəfindən pozulduğu şübhə doğurmasa da, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında reallığın olduğu kimi ifadə olunması Azərbaycan cəmiyyətində təəccüblə qarşılanıb". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, hər kəs Rusiya Müdafiə Nazirliyinin hansı səbəblərdən obyektiv informasiya yaydığını təxmin etməyə çalışır. Bəs, Rusiya Müdafiə Nazirliyinin həqiqəti olduğu kimi, yaxud qismən ifadə etməsinin səbəbi nədir: "Rusiya Müdafiə Nazirliyi sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərdə qanunsuz hərbi birləşmələrin həyata keçirdikləri davamlı təxribatların qarşısının alınmamasının Azərbaycanda doğurduğu haqlı etirazlarının qarşılığında vəziyyəti qismən də olsa yumşaltmaq; Erməni separatçılarının, həmçinin Marqarita Simonyan kimi təbliğatçı-təxribatçıların guya Rusiyaya dəstək xarakteri daşıyan, əslində isə sülhməramlıların missiyasını tamamilə şübhə altına alan davranışlarını balanslaşdırmaq, bu təxribatlarda Rusiya tərəfinin yer almadığı görüntüsünü yaratmaq; Nikol Paşinyanın və digərlərinin sülhməramlıların ünvanına səsləndirdikləri ittihamların, eləcə də üçüncü qüvvələrin prosesə cəlb edilməsi istiqamətində atılan addımların qarşılığında Ermənistana xəbərdarlıq etmək istəyir. Bununla yanaşı, düşünürəm ki, sözügedən açıqlamanın növbəti addımlar üçün əlverişli fonun yaradılmasına xidmət etdiyi ehtimalını da diqqətdən qaçırmaq lazım deyil".