Nyu Yorkda Türkiyə vətəndaşına qarşı irqçi hücum

Olaylar.az xəbər verir ki, Nyu Yorkda Türkiyə vətəndaşı şəxsiyyəti məlum olmayan şəxs tərəfindən "türk olduğu üçün" bıçaqlanıb.

Nyu-York Polis Departamentinin Twitter hesabında hücumun aprelin 15-də Manhettendə 9-cu və 44-cü küçələrdə baş verdiyinə dair məlumat və hücum edənin şəkli paylaşılıb.

Polis daha sonra naməlum şəxsin 24 yaşlı gənci sinəsindən bıçaqlayaraq Türkiyə əleyhinə ifadələr işlətdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31