Putin Ukraynada dayanmayacaq - Robert Pirson Rusiyaın hədəfindəki ölkələri açıqladı

"Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibə ilə kifayətlənməyəcək. O, digər ölkələri, o cümlədən NATO üzvü olan dövlətləri ələ keçirməyə cəhd edə bilər".

Qaynarinfo xəbər verir ki, bu sözləri amerikalı diplomat Robert Pirson "The Hill"də dərc olunan məqaləsində yazıb.

Diplomatın sözlərinə görə, Putin Rusiya imperiyasının sərhədlərini bərpa etməyə çalışır. Bunun üçün o, bir sıra Avropa ölkələri üzərində nəzarətə nail olmalıdır.

Pirson qeyd edib ki, Putinin potensial hədəfləri siyahısında təkcə Estoniya, Latviya və Litva deyil, Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova da var:

"Biz bilirik ki, Putin sağ qalsa, o, Rusiyanın Qərbdə hərbi mövcudluğunu mümkün qədər artırmaq üçün əlindən gələni edəcək. O, Minski Moskvaya daha çox tabe olmağa sövq edəcək və Rusiya qoşunlarının mövcudluğunu daimi edəcək. Suriya və Qazaxıstanda olduğu kimi. O, NATO, Polşa və Almaniya üçün qorxuducu silah kimi Kalininqradda və Rusiyanın Baltikyanı sərhədləri boyunca fəaliyyətini artıracaq".

Pirson qeyd edib ki, Putin Ukraynada dondurulmuş münaqişənin yaradılmasında maraqlıdır.

Diplomat hesab edir ki, NATO-nun əsas vəzifəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra Avropa üçün yeni təhlükəsizlik sistemi barədə qərar qəbul etməkdir. Eyni zamanda o vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar Putini qoşunlarını Ukraynadan çıxarmağa sövq etməsə, ABŞ və ya Alyansın qələbəsi olmayacaq. Belə olan halda Avropa və ABŞ başa düşməlidir ki, "müdafiədə oynamaq" kifayət deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31