Lvovda raket hücumu nəticəsində 6 nəfər ölüb

Olaylar.az xəbər verir ki, Ukraynanın  Lvov vilayətinin 4 raketlə vurulduğu açıqlanıb. 6 nəfəri ölüb, 8 nəfər isə yaralanıb.

Bu barədə Ukraynanın Lvov şəhərinin qubernatoru Maksym Kozatskyi Telegram hesabında məlumat yayıb.

Məlumata əsasən,  Lvov vilayətinin dörd raketlə vurulduğu bildirilib.

Lvov meri Andrey Sadoviy  isə səhər saatlarında şəhərə 5 raket hücumu həyata keçirildiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31