ABŞ-da atışma: İki yeniyetmə ölüb, səkkiz nəfər yaralanıb - ANBAAN VİDEO
18 Aprel 2022 11:20 DünyaABŞ-ın Pensilvaniya ştatında Pittsburq şəhərində atışma baş verib. Nəticədə iki yeniyetmə həlak olub, daha doqquz nəfər yaralanıb.
Məlumata görə, atışma əksəriyyəti yeniyetmələrdən ibarət olan və 200-dən çox insanın iştirak etdiyi əyləncə gecəsi zamanı baş verib.
Polisin məlumatına görə, yaralananlardan bəziləri atışma zamanı qorxub özlərini evin pəncərələrindən atanlardır.
Baş verənlərlə əlaqədar cinayət işi açılıb, araşdırmalara başlanılıb.
Mənbə: Fox
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31