Rusiyanın ələ keçirilən tankını GƏLİN MAŞINI etdilər- FOTO
18 Aprel 2022 10:29 DünyaUkraynanın Sumi şəhərində Rusiya ordusundan ələ keçirilən "BTR-20" tipli zirehli tank gəlin maşını kimi istifadə edilib.
Olaylar.az xəbər verir ki, Ukrayna ordusunda xidmət edən bir əsgər 5 illik münasibətindən sonra sevgilisinə evlilik təklifi edib.
Sevgilisindən "hə" cavabını alan əsgərin komandirləri onlara maraqlı hədiyyə ediblər.
Belə ki, nikah mərasiminə cütlük Rusiya ordusuna məxsus tankla daxil olublar. Onlar tankı gəlin maşını kimi bəzəyiblər.

Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31