“Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci mərhələsi başlayıb” –Zelenskinin müşaviri
18 Aprel 2022 10:40 Dünya"Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci mərhələsi rəsmən başlayıb".Bu barədə Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç teleqram kanalında bildirib."Biz onların hərəkətə başlamasını gözləməyəcəyik, artıq özümüz hərəkətə başlamışıq", - deyən Arestoviç Ukrayna əsgərlərinin taktikasını aktiv müdafiə adlandırıb.Onun sözlərinə görə, hazırda döyüşlər Azovstaldan bir neçə kilometr aralıda gedir.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31