Dövlətə xəyanətdə ittiham olunan deputat həbs edildi - FOTO
16 Aprel 2022 22:35 DünyaUkraynanın müxalifət lideri, xalq deputatı Viktor Medvedçuk həbs edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Lvovun Lıçakovski Rayon Məhkəməsi qərar qəbul edib. Bildirilir ki, dövlətə xəyanətdə və terror təşkilatının fəaliyyətinə yardımda şübhəli bilinən "Ömürlük Müxalifət Platforması"nın xalq deputatı Viktor Medvedçuk ev dustaqlığından qaçıb.
Aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31