"Ukraynaya məxsus hərbi nəqliyyat təyyarəsi havada zərərsizləşdirilib" - Rusiya MN
16 Aprel 2022 22:11 DünyaRusiyanın hava hücumundan müdafi sistemləri Odessa yaxınlığında böyük partiya Qərb hərbi texnikası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini vurub.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Odessa vilayətində Ukraynaya məxsus Qərb ölkələrinin tədarük etdiyi silahların böyük partiyasını çatdıran hərbi nəqliyyat təyyarəsini havada vurub. Bundan əlavə, Lozovaya və Veselaya yaşayış məntəqələri üzərində iki Ukrayna pilotsuz uçuş aparatı vurulub", - Rusiya MN sözçüsü vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31