Pakistan Əfqanıstanı bombaladı
16 Aprel 2022 21:45 DünyaOlaylar.az TASS-a istinadən bildirir ki, Pakistan Əfqanıstanın Xost və Kunar əyalətlərinə bir sıra hava zərbələri endirib. Məlumata görə, hücum naməlum sayda Pakistan təyyarəsi tərəfindən həyata keçirilib.
Xost rəsmiləri hava hücumu nəticəsində 6 nəfərin öldüyünü bildiriblər. Kunar əyalətinin sakinləri isə bölgədə daha 33 nəfərin öldüyünü iddia ediblər.
Qeyd olunub ki, hava zərbələri sərhəddə Şimali Vəziristan rayonunda (Xeyber-Paxtunxva əyalətinin şimal-qərbində) pusqu təşkil edən terrorçuların yeddi pakistanlı əsgəri öldürməsinə cavab olaraq həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31