“Dövlət idarələrinin “radarında” olanlar aysberqin yalnız görünən hissəsidir” - Gerhard Şindler

"Rusiya bir müddətdir ki, Almaniyada kəşfiyyat fəaliyyətini gücləndirib".

Olaylar.az xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Gerhard Şindler verib.

"Aydındır ki, silahlı qarşıdurma iqtisadi sanksiyalarla müşayiət olunanda kəşfiyyat fəaliyyəti də artır", - Şindler bildirib. Onun sözlərinə görə, Almaniyadakı rus agentlərinin sayı ilə bağlı dəqiq rəqəm söyləmək çətindir: "Dövlət idarələrinin "radarında" olanlar aysberqin yalnız görünən hissəsidir".

Qeyd edək ki, bu yaxınlarda Almaniya hökuməti 40 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxarıb. Bir sıra digər Avropa İttifaqı ölkələri də analoji tədbirlər görüb.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31