Daha bir general Ukraynada öldürüldü

Rusiyanın Sankt-Peterburq şəhərində 8-ci Ordu komandanının müavini, general-mayor Vladimir Frolovla vida mərasimi keçirilir.

Olaylar.az "Report"a istinadən bildirir ki, bu barədə şəhər qubernatorunun administrasiyasının mətbuat xidməti xəbər verib.

Qeyd olunub ki, general-mayor Ukraynada gedən döyüşlərdə öldürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31