Rusiya Kiyevdə hərbi zavoda zərbə endirdi

Rusiya Silahlı Qüvvələri Kiyevdə zirehli zavodun istehsalat binalarına zərbə endirib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Havadan buraxılan yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Kiyevdəki zirehli zavodun və Nikolayevdəki hərbi texnika təmiri sexinin istehsalat binaları məhv edilib", deyə Rusiya MN sözçüsü qeyd edib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31