Türkiyə və Ukrayna müdafiə nazirlərinin telefon danışığı olub

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və onun ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub.

Türkiyə Müdafiə Nazirliyi istinadən xəbər verir ki, telefon danışığı zamanı Akar dərhal atəşkəsin elan edilməsinin əhəmiyyətini qeyd edib.

O, Türkiyə vətəndaşlarının qurudan və dənizdən təxliyəsinin vacibliyini vurğulayıb və əlavə edib ki, Ukrayna limanlarında gözləyən ticarət gəmilərinin təhlükəsiz şəkildə Türkiyəyə qayıtmasına şərait yaradılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31