Pentaqon "Moskva"da baş verən partlayışın səbəbini açıqlayıb
15 Aprel 2022 23:23 DünyaPentaqon Rusiyanın Oddessadan 60-65 dəniz mili cənubunda yerləşdirdiyi Qara dəniz donanmasının flaqmanı "Moskva"da baş verən partlayışın səbəbini açıqlayıb.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisi Qara dənizdə batan Rusiyanın flaqman gəmisinin Ukrayna tərəfindən atılan iki "Neptun" raketi ilə vurulduğunu təsdiqləyib.
Pentaqonun yüksək rütbəli rəsmisi ötən gün Rusiyanın "Moskva" kreyserindəki partlayışdan sonra Qara dənizin şimalından daha cənuba doğru gəmilərini geri çəkdiyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31