Rusiya Aİ-nin diplomatlarını ölkədən çıxarıb
15 Aprel 2022 22:07 DünyaRusiya Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin 18 əməkdaşını persona non-qrata elan edib.
Olaylar.az "report"-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Açıqlamaya görə, bu addım Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəliyindən işçilərin qovulmasına cavab olaraq atılıb.
"Diplomatlar yaxın vaxtlarda Rusiya Federasiyasının ərazisini tərk etməli olacaqlar", - Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31