Rusiya ordusu Xarkov şəhərini atəşə tutub
15 Aprel 2022 21:42 DünyaRusiya ordusu Xarkov şəhərini atəşə tutub.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının sədri Oleq Sinegubov "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 7 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.
"Xarkov sakinləri, sizdən xahiş edirəm ki, zərurət olmadıqca küçələrə çıxmayın", - deyə Oleq Sinegubov vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31