TDT-yə üzv dövlətlərin Dini Liderlər Şurasının növbəti toplantısı Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Dini Liderlər Şurasının ikinci toplantısı Azərbaycanda keçiriləcək.

Olaylar.az bildirir ki, bu barədə "report"un Türkiyə bürosuna açıqlamasında TDT Baş katibinin müavini Qismət Gözəlov məlumat verib.

Onun sözlərinə görə, bu ilin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulan toplantıda Dini Liderlər Şurasının Nizamnaməsinin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Dini Liderlər Şurasının birinci - təsis toplantısı keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31