"Biz düşünməliyik, amma hazır olmalıyıq” - Zelenski
15 Aprel 2022 21:04 DünyaDünya ölkələri Rusiya Federasiyasının Ukraynaya qarşı nüvə silahından istifadə etməsinə hazır olmalıdır. İşğalçı ölkə başqa insanların həyatına dəyər vermir.
Olaylar.az bildirir ki, bu barədə CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin fikrincə, Rusiya prezidenti Vladimir Putin nüvə və ya kimyəvi silahdan istifadəyə əl ata bilər.
"Tək mən yox, bütün dünya, bütün ölkələr narahat olmalıdır. Çünki bu, real məlumat olmaya, lakin həqiqətə çevrilə bilər. Biz düşünməliyik, qorxmamalıyıq, amma hazır olmalıyıq", - deyə Zelenski bəyan edib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31