Cənubi Afrikada fəlakət – VİDEO
15 Aprel 2022 20:13 DünyaCənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində daşqın nəticəsində həlak olanların sayı 395 nəfərə yüksəlib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin ən güclü zərbəsi 355 nəfərin həyatını itirdiyi İtekvini bələdiyyə dairəsinə dəyib. D
airənin inzibati mərkəzi olan Durban şəhərində yerləşən limanının işi pozulub. Son 60 ilin ən güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində şəhərdə və onun ətrafında körpülər, yollar su altında qalıb, qatarların hərəkəti dayanıb.
Əyalətdə axtarış-xilasetmə işləri davam etdirilir.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31