Ukraynanı tərk edənlərin sayı artır - BMT

Ukraynada hərbi əməliyyatların başladığı fevralın 24-dən aprelin 14-dək ölkəni 4,8 milyona yaxın qaçqın tərk edib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib.

Qeyd olunub ki, son sutka ərzində 56 421 nəfər Ukraynadan gedib.

Bu günədək Polşaya 2,7 milyondan çox, Rumıniyaya 726 857, Macarıstana isə 447 053 ukraynalı gedib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31