“Müharibə 2022-nin sonuna qədər davam edə bilər" - ABŞ dövlət katibi
15 Aprel 2022 19:58 Dünya"ABŞ dövlət katibi Entoni Blinken avropalı müttəfiqlərinə Ukraynada müharibənin 2022-ci ilin sonuna qədər davam edə biləcəyini deyib".
Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"ABŞ və Avropa rəsmiləri hesab edir ki, Rusiya ilə Ukrayna arasında müharibənin sonu görünmür. ABŞ dövlət katibi Entoni Blinken avropalı müttəfiqlərinə Ukraynada müharibənin 2022-ci ilin sonuna qədər davam edə biləcəyini deyib. Milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın sözlərinə görə, döyüşlər aylarla, hətta daha uzun sürəcək. Digər iki Avropa rəsmisi bildirib ki, Ukraynanın şərqində döyüşlər 4-6 ay davam edə bilər", - məlumatda qeyd olunur.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31