Polşaya qaçanların sayı 2,75 milyonu ötüb
15 Aprel 2022 16:25 Dünya"OLAYLAR.az" xəbər verir ki , Polşa Sərhəd Mühafizəsinin verdiyi son açıqlamada müharibə başlayandan bəri 2,75 milyondan çox qaçqının Ukraynadan Polşaya qaçdığı qeyd edilib.
Son həftələrdə Polşaya keçənlərin sayı əhəmiyyətli dərəcədə azalıb və Ukraynaya gedənlərin sayı artıb.
Agentlik Twitter-də yazıb ki, cümə axşamı günü 26,800 nəfər Polşaya keçib ki, bu da çərşənbə ilə müqayisədə 8% çoxdur. Lakin bu, martın 6-da qeydə alınan 142,300 nəfər rekorddan xeyli aşağıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31