Şimali Makedoniya daha 6 rus diplomatını persona non-qrata elan edib

Olaylar.az xəbər verir ki,Şimali Makedoniya Respublikasının Xarici İşlər Nazirliyi daha altı rusiyalı diplomatı persona non-qrata elan edib.

"Bu gün Rusiyanın Şimali Makedoniyadakı səfiri Sergey Bazdnikin Xarici İşlər Nazirliyinə çağırılıb və ona şifahi nota təqdim edilib. Notada Rusiya səfirliyinin altı diplomatı Şimali Makedoniyada persona-non-qrata elan edilib", -  Xarici İşlər Nazirliyi bildirib.

Moskva müvafiq cavab verəcəyini vəd edib.

Rusiya diplomatlarının ölkədən çıxarılması ilə bağlı əvvəlki qərar fevralın 28-də verilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qəti şəkildə qeyri-dost addımına cavab olaraq cavab tədbirləri görəcəyini vəd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31