Polşa prezidenti Rusiyadan kömür idxalını qadağan edən qanunu imzalayıb

Polşa prezidenti Anjey Duda Rusiya kömürünün idxalını qadağan edən qanunu imzalayıb. "OLAYLAR.AZ" xəbər verir ki , bu barədə Polşa prezidenti rəsmi saytında məlumat verib.

Əvvəllər bu qanun Polşa parlamenti tərəfindən qəbul edilib. Qanun Rusiya kömürünün embarqosunu, həmçinin Rusiyanın xüsusi əməliyyatını dəstəkləyən qurumların və fiziki şəxslərin aktivlərinin dondurulmasını nəzərdə tutur.

NYT daha əvvəl bildirmişdi ki, Aİ Rusiyadan neftə mərhələli qadağa qoymağı planlaşdırır. Nəşrin yazdığına görə, Aİ ölkələrinin aprelin 24-də Fransada keçiriləcək prezident seçkilərinin ikinci turuna qədər qərar qəbul etməyə vaxtı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31