Zelenski: Donbassdakı Ukrayna hərbi qruplarının sayı 44 mindir

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Donbassda 44 min Ukrayna hərbi qüvvəsinin olduğu region ölkədəki münaqişənin gedişatına təsir edəcək döyüşlərin mərkəzinə çevriləcək. Bunu BBC-yə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

"Bu  bugünkü eskalasiyanın mərkəzidir və  müharibənin gedişinə təsir edəcək" deyən Zelenski orada "44 minlik hərbçidən ibarət qrup"un yerləşdirildiyini bildirib.

Xatırladaq ki, Donbassda təmas xəttində vəziyyət fevralın 17-də gərginləşib. Donetsk və Luqansk Xalq Respublikalarında onlar son aylarda Ukraynadan ən intensiv atəşə tutulduğunu bildiriblər. Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin DNR və LNR-nin suverenliyinin tanındığını elan edib. Rusiya 2014-cü ilin əvvəlində Donetsk və Luqansk vilayətlərinin sərhədləri daxilində DXR və LXR Konstitusiyalarına uyğun olaraq respublikaları tanıyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31