İsrail qüvvələri 67 fələstinlini yaraladı
15 Aprel 2022 11:06 DünyaOlaylar.az SANA xəbər agentliyinə istinadən xəbər verir ki, İsrail qüvvələri aprelin 15-də Mübarək Əl-Əqsa məscidinə hücum edib. Hücum nəticəsində onlarla fələstinli yaralanıb.Məlumata əsasən, işğalçı qüvvələr sübh namazından sonra Məscidül-Əqsanın həyətlərinə basqın edərək ibadət edənlərə güllə və zəhərli qaz balonları atıb, aralarında tibb işçiləri və jurnalistlər də daxil olmaqla 67 nəfəri yaralayıb.
Aprelin 14-də İsrailli mühacirlər işğalçı qüvvələrin dəstəyi ilə bu ayın 15-dən 22-nə kimi çoxlu sayda Əl-Əqsa məscidinə basqın etmək, təxribat xarakterli mərhələlər həyata keçirmək niyyətində olduqlarını bəyan ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31