"Ukrayna hökumətinə və xalqına dəstək verməyə davam etməkdə qərarlıyıq" - ABŞ

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı Vaşinqtondan Kiyevə hərbi yardımı müzakirə edib.

Olaylar.az "Report"a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda deyilir.

Prays bildirib ki, Birləşmiş Ştatlar Ukrayna hökumətinə və xalqına təhlükəsizlik, iqtisadi və humanitar dəstək verməyə davam etməkdə qərarlıdır.

Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 "Switchblade" mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31