"Rusiya ənənəvi hərbi doktrinasına qayıdır" - Britaniya Müdafiə Nazirliyi

"Rusiya Donbasda yeni hücuma fəal şəkildə hazırlaşır. Bu vilayətdəki Kramatorsk və Konstantinovka çox güman ki, hücumların əsas hədəfinə çevriləcək".

Olaylar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin aprelin 14-də dərc olunmuş hesabatında deyilir.

Qeyd olunur ki, Rusiyanın Donbasda yeni hücuma hazırlaşdığı prezident Vladimir Putinin aprelin 12-dəki çıxışından da məlum olur: "Çox güman ki, Kramatorsk və Konstantinovka şəhərləri Rusiya hakimiyyətinin analoji zorakılıq hədəfinə çevriləcək". Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya kütləvi raket və artilleriya zərbələrini nəzərdə tutan ənənəvi hərbi doktrinasına qayıdır: "Lakin bunun üçün xeyli sayda qüvvə tələb olunur. Ukrayna tərəfindən davam edən Mariupol müdafiəsi isə hazırda Rusiyanın xeyli sayda qoşun və texnikasının yolunu "bağlamış" sayılır".

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31