"Danışıqlara dəstək vermək lazımdır” - Rəcəb Tayyib Ərdoğan
14 Aprel 2022 21:44 Dünya"Sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlara dəstək vermək lazımdır".
Olaylar.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Kansleri Karl Nehammerlə telefon danışığı zamanı deyib.
Danışıqlar zamanı regional mövzular, o cümlədən Ukrayna ilə Rusiya arasındakı münaqişə, həmçinin Türkiyə-Avstriya münasibətləri müzakirə edilib.
azerbaycan24.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31