"Sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindəyik" - Zaxarova

Rəsmi Moskva Yerevanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bakının təklif etdiyi "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri" və Yerevanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün zəmin kimi xidmət etməlidir.

"Rusiya Yerevanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir", - deyə M.Zaxarova bildirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31