"Yaxın müddət üçün üfüqdə heç nə görmürük" - Sallivan
14 Aprel 2022 21:10 DünyaABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında yaxın gələcəkdə yeni danışıqlar gözlənilmir.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan Vaşinqton İqtisadiyyat Klubunda deyib.
"Yaxın müddət üçün üfüqdə heç nə görmürük", - Sallivan Rusiya və ABŞ liderləri arasında yaxın gələcəkdə videobağlantı və ya hər hansı digər kanallar vasitəsilə təmasların planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31