"Qərb beynəlxalq öhdəliklərini kobud şəkildə pozur" - Sergey Lavrov

Rusiya milli dəyərlərə əsaslanaraq qiymətləndirmə aparan kimi Qərb Rusiyaya qarşı total hibrid müharibəsi elan etdi.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Ukrayna böhranını bəhanə edərək Qərb bizə mahiyyətcə total hibrid müharibəsi elan etdi. Müharibə informasiya məkanı da daxil olmaqla, müxtəlif sahələri əhatə edir. Qərb fikrin sərbəst ifadə edilməsini, informasiyaya, o cümlədən xaricdən müvafiq ölkəyə daxil olan məlumatlara bərabər çıxışı təmin etmək üzrə beynəlxalq öhdəliklərini kobud şəkildə pozur", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31