"Anti-Rusiya kampaniyasında iştirak edirlər" - Aleksandr Qruşko

İsveç və Finlandiyanın NATO-ya daxil olması hərbi sahədə vəziyyəti ciddi şəkildə pisləşdirəcək və ən arzuolunmaz nəticələrə gətirib çıxaracaq.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko TASS-a bildirib.
 
O, həmçinin deyib ki, Rusiya Federasiyası Finlandiya və İsveçlə diplomatik əlaqələr saxlayır:
 
"Diplomatik təmaslar həmişə saxlanılır, səfirliklər var. Amma İsveç və Finlandiya sanksiyalara qoşulub, onlar Qərbdə başlanan anti-Rusiya kampaniyasında iştirak edirlər, bu, günün reallığıdır".
 
Qruşkonun sözlərinə görə, İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya Federasiyası təhlükəsizliyi və müdafiəni təmin etmək üçün lazımi tədbirlər görməyə məcbur olacaq. Əlavə olaraq o, qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması hərbi-siyasi vəziyyətin köklü dəyişməsi deməkdir.
 
Nazir ümavini deyib ki, İsveç və Finlandiyanın onilliklər ərzində neytral statusu bu dövlətlər və region üçün çox yüksək səviyyədə təhlükəsizliyi təmin edib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31