Kiyevin bombalanması ilə bağlı bəyanata - Ukraynadan cavab
13 Aprel 2022 23:54 DünyaUkrayna Rusiya Müdafiə Nazirliyinin Kiyevin bombalanması ilə bağlı bəyanatına cavab verib.
Olayla.az APA-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak ölkəsinin istənilən ssenariyə hazır olduğunu bildirib və Rusiyanı yalnız mülki şəxslərlə döyüşə bilməkdə ittiham edib.
"Rusiya öz təxribatları ilə növbəti təhdidlər üçün zəmin yaradır. Onlar artıq Kiyevə mümkün raket hücumları barədə məlumatlar yayıb", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31