"Ukraynaya ağır texnika tədarük edəcəyik” - Markus Faber

Almaniyanın hakim koalisiyası Ukraynaya ağır silahların tədarükünü razılaşdırıb.

Olaylar.az Unian.net-ə istinadən bildirir ki, bu barədə almaniyalı deputat Markus Faber bildirib.

"Əziz dostlar, Almaniya indi sürətlə Ukraynaya ağır texnika tədarük edəcək", - deyə M.Faber qeyd edib.

Qeyd edək ki, Qərb ölkələri Ukraynaya silah tədarükünü davam etdirirlər. Bunların arasında Böyük Britaniya və Çexiyanın Ukraynaya ağır texnika tədarük etdiyi bildirilir. Həmçinin ABŞ, Kanada, Slovakiya, Belçika, Danimarka, Hollandiya, Litva, Latviya, Estoniya Ukraynaya silah təchizatında kömək edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31