Bayden və Zelenski bir saata yaxın telefonla danışıb
13 Aprel 2022 21:53 DünyaABŞ və Ukrayna prezidentləri Cozef Bayden ilə Vladimir Zelenski arasında telefon söhbəti olub.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Telefon danışığı zamanı Co Bayden Ukraynaya hərbi yardımın bundan sonra da davam edəcəyini bildirib.
Məlumata görə, danışıq 1 saata yaxın davam edib.
Zelenski telefon danışığı ilə bağlı "Twitter" hesabında yazıb ki, Co Baydenlə Rusiyaya qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəlinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31