Rusiyanın 4 diplomatı Avstriyadan qovulub
13 Aprel 2022 16:41 DünyaAvstriya Xarici İşlər Nazirliyinin (XİN) persona non-qrata elan etdiyi 4 rus diplomatı ölkəni tərk edib.
Olaylar.az xəbər verir ki, bu barədə Avstriya XİN-dən bildirilib.
Nazirlik həmin diplomatları aprelin 7-də persona non-qrata elan etmişdi.
Məlumata görə, onlar diplomatik statusları ilə uzlaşmayan davranışlarına görə qovulublar.
Qeyd edək ki, Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski Vyananın qərarını əsassız və qeyri-dost hərəkət adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31