Rus milyarderin İtaliyadakı villasına “Molotov kokteyli” atıldı
13 Aprel 2022 15:16 Dünyaİtaliyanın Kastilonçello şəhərində rusiyalı milyarder Timur Zaynutdinovun Pontello villasına molotov kokteyli atılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
İtaliya karabinierləri hadisə yerində olublar. Müstəntiqlər hadisənin hansı səbəbdən, kimin tərəfindən törədildiyi barədə hələlik məlumat verməyib.
Ehtimal olunur ki, bu hərəkət Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqələndirilə bilər.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31