Almaniya kanslerinin Kiyevə səfəri gözlənilir
13 Aprel 2022 13:53 DünyaAlmaniya kansleri Olaf Şoltsun Kiyevə səfəri gözlənilir.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
"Prezidentimiz praktik qərarlar qəbul etmək, o cümlədən silah tədarükü ilə bağlı kanslerin səfərini gözləyir", - o bildirib.
O.Arestoviç həmçinin söyləyib ki, o, Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfərini niyə qəbul etmədiyini bilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31